Bank Of Baku

Əli Əhmədov Norveçin Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əhmədov Norveçin Azərbaycandakı səfiri ilə görüşüb
# 04 iyul 2007 13:30 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberqlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda demokratiyanın inkişafından danışan Norveç diplomatı fəaliyyəti dövründə bütün demokratik qüvvələrlə sıx əməkdaşlıq niyyətində olduğunu qeyd edib. 2008-ci ildə Azərbaycanda prezident seçkilərinin tam demokratik şəraitdə keçirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd edən səfir bu seçki marafonunda da YAP-ın uğur qazanacağına şübhə etmədiyini bildirib. O, həmçinin Azərbaycanın neft gəlirlərinin istifadə edilməsində şəffaflığı tam təmin edildiyini, bu sahədə digər ölkələrə də nümunə ola biləcəyini nəzərə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR