Bank Of Baku

Sərdar Cəlaloğlu: “Azərbaycanda konstruktiv müxalifət platformasının əsası qoyulub”

Sərdar Cəlaloğlu: “Azərbaycanda konstruktiv müxalifət platformasının əsası qoyulub”
# 04 iyul 2007 14:49 (UTC +04:00)
“Hakimiyyət ADP-nin dialoqla bağlı müraciətinə heç bir cavab verməsə də, bu təklifə reaksiya bizi qane edir. Sadəcə, bu təklifin əməli olaraq həyata keçirilməsi təkcə bizdən asılı deyil”. Bunu APA-ya açıqlamasında Azərbycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, dialoqla bağlı hakimiyyətə edilmiş müraciətin üstündən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, bu günə qədər onlara YAP tərəfindən heç bir rəsmi cavab daxil olmayıb: “Buna baxmayaraq, bizim bu müracətimiz kifayət qədər effektli olub. Hər şeydən əvvəl Azərbaycanda konstruktiv müxalifət platformasının əsası qoyulub. Biz bu platformanı gücləndirmək, genişləndirmək və həyata keçirmək üçün fəaliyyətimizi davam etdiririk. Bu dialoqun Azərbaycan xalqına xeyir verməsi isə iqtidarın konkret qərarlar qəbul etməsindən asılıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR