Bank Of Baku

Avropa Şurası təmsilçisi Jan-Lui Loran: “Azərbaycan və Ermənistandan olan dinləyicilərin iştirakı ilə konfrans keçirmək təklifi hər iki tərəfdən gəlib”

Avropa Şurası təmsilçisi Jan-Lui Loran: “Azərbaycan və Ermənistandan olan dinləyicilərin iştirakı ilə konfrans keçirmək təklifi hər iki tərəfdən gəlib”
# 04 iyul 2007 15:18 (UTC +04:00)
Bizim əsas məqsədimiz burada demokratik cəmiyyətdəki siyasi elitanı formalaşdırmaq prosesinə kömək etməkdir”. Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosuna Avropa Şurası Demokratiya və Siyasi İşlər üzrə Direktorluğunun baş katibi Jan-Lui Loran verib. O, Siyasi Biliklər Məktəbində gələcək siyasət adamlarına demokratik cəmiyyətdəki problemlər, insan haqları, hüququn aliliyi məsələləri haqda daha dolğun məlumat verildiyini deyib: “Bizim məktəblərin məzunlarından bəziləri indi parlament sədrləri, Avropa Komissiyasının üzvləri, hətta baş nazir vəzifəsində çalışırlar. Mən Azərbaycanda Bakı məktəbinin açılış mərasimində iştirak etmişəm. Bu, Bakı məktəbinin Avropa Şurasının yay universitetində ilk iştirakıdır. Hesab edirəm ki, Bakı məktəbində aparılan layihə uğurla həyata keçirilir. Ən mühüm və yararlı məsələlərdən biri odur ki, bu gün Bakı məktəbi digər məktəblərlə dialoqa hazırdır”. Sabah Strasburqda Bakı və İrəvan məktəbinin dinləyicilərinin iştirakı ilə keçiriləcək konfransla bağlı fikirlərini bölüşən cənab Loran bu təşəbbüsün hər iki tərəfdən gəldiyini deyib: “Yay universitetlərinin proqramları məktəb rəhbərlərinin özləri tərəfindən müəyyənləşdirilir. Təbii ki, proqram hazırlanan zaman katibliyin fikir və dəstəyi vacibdir. Proqramın müzakirəsi zamanı hər iki məktəbin rəhbərləri belə bir görüşün keçirilməsini təklif etdilər. Keçən il analoji görüş Belqrad və Priştina məktəbləri arasında keçirilib. Hesab edirəm ki, bu görüş arzu olunandır. Biz belə görüşlərin şahidi olmuşuq. Məsələn, keçən il Rusiya ilə Gürcüstan arasında münasibətlər gərgin olan zaman biz bu ölkələrin məktəbləri arasında görüşlər təşkil etdik. Bu kimi görüşlər diplomatik və siyasi görüşlər deyil. Bu, iki ölkənin vətəndaşları arasında adi bir dialoqdur. Məncə, dialoq hər hansı problemin aradan qaldırılması üçün ən düzgün yoldur”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR