Bank Of Baku

“Aqo” qrupunun Azərbaycana səfəri başlayıb

“Aqo” qrupunun Azərbaycana səfəri başlayıb
# 04 iyul 2007 17:06 (UTC +04:00)
Qrupa sədr qismində Avropa Şurası yanında İsveçin daimi nümayəndəsi Per Syöqren, həmçinin Almaniya səfiri Eberhard Kölş, Fransa səfiri Bruno Qen, Latviya səfiri Peteris Elferts, Rumıniya səfiri Stelian Stoian və Rusiya səfiri Aleksand Alekseyev daxildir. Onları AŞ katibliyinin əməkdaşları K. Puarel, İ. Aarnio-Lvoff və C. B. Çeliento tərəfindən müşayiət edir. “Aqo” qrupu ilə görüşlərdə əsasən Azərbaycanla Avropa Şurası arasında əlaqələrin cari vəziyyəti, öhdəliklərin yerinə yetirilməsi, o cümlədən seçki qanunvericiliyi, yerli hakimiyyət orqanlarının fəaliyyəti, məhkəmələrin müstəqilliyi və fəaliyyəti, mətbuat azadlığı, Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olacaq.
Qeyd edək ki, qrupun Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər nazirinin müavini Araz Əzimov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşəcəyi, eləcə də ədliyyə naziri, baş prokuror, Konstitusiya və Ali məhkəmələrin sədrləri, Vəkillər Kollegiyasının sədri və İnsan Hüquqları üzrə Müvəkkilin iştirakı ilə “Məhkəmə sisteminin fəaliyyəti ilə bağlı” dəyirmi masada iştirak edəcəyi gözlənilir.
Onu da qeyd edək ki, Aqo qrupu Azərbaycandan öncə Ermənistanda səfərdə olub. Qrup Ermənistan hakimiyyətinə media azadlığı, məhkəmə-hüquq sistemi və Seçki Məcəlləsi ilə bağlı ciddi iradlarını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR