Bank Of Baku

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov: “Bu il Azərbaycanda taxıl qıtlığı olmayacaq”

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov: “Bu il Azərbaycanda taxıl qıtlığı olmayacaq”
# 05 iyul 2007 07:58 (UTC +04:00)
“Mən kənd təsərrüfatı naziri kimi bəyan edirəm ki, bu il Azərbaycanda taxıl qıtlığı olmayacaq. Əgər digər qonşu ölkələrdə qiymət artım olarsa, bunun Azərbaycana idxal olunan taxılın qiymətinə də təsiri mümkündür”. Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov deyib. Nazirin sözlərinə görə,
bu il ölkədə taxıl qıtlığı yaranacağı barədə ehtimallardan narahat olmağa əsas yoxdur. Bu il havaların qeyri-sabit keçməsinə baxmayaraq, 1,8 - 2 milyon ton taxıl istehsalı gözlənilir: “Bunun 1,5 milyon tonu ərzaq buğdası olacaq. Qeyd edim ki, biz hər il digər ölkələrdən də ərzaq buğdası idxal edirik. Ötən il 1 milyon 100 min tona yaxın buğda idxal olunub”.
Taxılın və bunun nəticəsində çörəyin qiymətinin artmasına münasibət bildirən İ. Abasov deyib ki, Kənd Təsərrüfatı Nazirliyində qiymət məsələləri tənzimlənmir. Lakin Azərbaycan hökuməti əlində olan rıçaqlardan istifadə edərək, bu strateji məhsulun qiymətinin bahalaşmasına yol verməyəcək. Lazım gələrsə, Hövsanda Qazaxıstanla birgə inşa olunmuş Taxıl Terminalının ehtiyatlarından belə istifadə olunacaq.
Konkret rəqəmlər söyləyən nazir bu gün ölkədə kifayət qədər əlavə taxıl ehtiyatı olduğunu bildirib. Belə ki, yanvar ayının 1-ə ərzaq buğdası qalığı 656 min ton olub. Cari ilin 6 ay ərzində isə 590 612 ton ərzaq buğdası ölkəyə idxal edilib: “Ümumilikdə bu 1 milyon 146 min 692 ton buğda edir. Adambaşına buğda istehlakını 180 kq götürək, Azərbaycan əhalisinin illik tələbatı 1 milyon 530 min ton, 6 aylıq tələbatı isə 765 min ton edir. Deməli, ölkədə bu günə 381 692 ton əlavə taxılımız var. Həmin taxıl müxtəlif dəyirmanlardadır. Bundan başqa, qarğıdalısız iyulun 2-ə 340 835 hektar sahədə taxıl biçilib və 884 469 ton məhsul istehsal edilib. Bəzi sahibkarlar isə qonşu ölkələrdə taxılın qiymətinin artmasından istifadə edərək, bundan əvvəl ölkəyə gətirdikləri taxılı baha qiymətə satmaq istəyirlər. Onların bu gün taxılı baha aldıqlarını demələrinə əsas yoxdur. Biz çalışacağıq ki, ciddi qiymət artımı olmasın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR