Bank Of Baku

İsa Qəmbər Norveçin Azərbaycandakı səfiri ilə görüşüb

İsa Qəmbər Norveçin Azərbaycandakı səfiri ilə görüşüb
# 05 iyul 2007 10:55 (UTC +04:00)
Müsavat Partiyasının başqanı İsa Qəmbər Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Con Ramberq ilə bu gün görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə əsasən Norveç-Azərbaycan ikitərəfli əlaqələri, Azərbaycanda ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri və mətbuatın durumu müzakirə edilib. Səfir ölkəsinin Azərbaycanda demokratik seçkilər tərəfdarı olduğunu və azad və ədalətli seçkilərdə bütün qüvvələrə bərabər imkanların yaradılmasını vacib sayıb. Hər iki tərəf əlaqələrin bundan sonra da davam etdirilməsini məqsədəuyğun sayıblar. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR