“Aqo” qrupu Azərbaycanda görüşlər keçirir - YENİLƏNİB
Müxalifət təmsilçilərindən sonra qrupun hüquq-müdafiəçiləri ilə görüş keçirilib. Helsinki Vətəndaş Assambleyasının Azərbaycan bürosunun sədri Arzu Abdullayeva, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov, “Azad və Ədalətli Seçkilər Uğrunda” QHT koalisiyasının katibi Çingiz Dadaşov və “Qanun və İnkişaf” təşkilatının sədri Hafiz Həsənov iştirak edib. A. Abdullayeva görüşdə söz azadlığı, “Sərbəst toplaşma azadlığı haqqında” qanun, seçki komissiyalarının tərkibi, seçici siyahıları ilə bağlı müzakirələrin aparıldığını deyib: “Biz bu müzakirələr nəticəsində Seçki Məcəlləsinə dəyişiklik gözləyirik. Hazırkı Məcəllədə seçicilərin ünvanı göstərilir, amma biz bu ünvanların göstərilməməsini istəyirik. Həmçinin, seçki komissiyalarının tərkibinin dəyişməsi önəmlidir”. Aqo qrupunun üzvləri rəylərində bu fikirləri nəzərə alacaqlarını söyləyiblər.
Bir qrup QHT nümayəndəsi də Bakıda qrupla görüşüb. Görüşdə Konstitusiyanı Müdafiə Fondunun rəhbəri Əliməmməd Nuriyev, Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, Transparency İnternational Təşkilatının Azərbaycan üzrə koordinatoru Rəna Səfərəliyeva, hüquq müdafiəçisi Eldar Zeynalov iştirak edib. Ə. Nuriyev APA-ya açıqlamasında bildirib ki, görüşdə Azərbaycanda məhkəmə hakimiyyəti, bu sahədə olan problemlərlə bağlı müzakirələr aparılıb. Fond rəhbəri ölüm cəzası almış şəxslərlə bağlı cinayət işləriyə yenidən baxılması, vəkilliklə bağlı, qəbul olunan qərarların nə qədər ədalətli olmasına diqqət yetirildi: “Onlar bizim fikirlərimizi dinlədilər və hökumət nümayəndələri ilə görüşlərdə bu məsələlərlə bağlı müzakirə aparacaqlarını qeyd etdilər”.
Qrupa sədr qismində Avropa Şurası yanında İsveçin daimi nümayəndəsi Per Syöqren, həmçinin Almaniya səfiri Eberhard Kölş, Fransa səfiri Bruno Qen, Latviya səfiri Peteris Elferts, Rumıniya səfiri Stelian Stoian və Rusiya səfiri Aleksand Alekseyev daxildir. Onları AŞ katibliyinin əməkdaşları K. Puarel, İ. Aarnio-Lvoff və C. B. Çeliento tərəfindən müşayiət edir. “Aqo” qrupu ilə görüşlərdə əsasən Azərbaycanla Avropa Şurası arasında əlaqələrin cari vəziyyəti, öhdəliklərin yerinə yetirilməsi, o cümlədən seçki qanunvericiliyi, yerli hakimiyyət orqanlarının fəaliyyəti, məhkəmələrin müstəqilliyi və fəaliyyəti, mətbuat azadlığı, Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olacaq.
Qeyd edək ki, qrupun Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər nazirinin müavini Araz Əzimov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşəcəyi, eləcə də ədliyyə naziri, baş prokuror, Konstitusiya və Ali məhkəmələrin sədrləri, Vəkillər Kollegiyasının sədri və İnsan Hüquqları üzrə Müvəkkilin iştirakı ilə “Məhkəmə sisteminin fəaliyyəti ilə bağlı” dəyirmi masada iştirak edəcəyi gözlənilir.
Qrupun səfəri bu ayın 7-ə qədər davam edəcək. /APA/
Daxili siyasət
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Xəbər Lenti
ABŞ yeddi şəxsi və iki gəmini Rusiya ilə bağlı sanksiyalar siyahısından çıxarıb
AMB əhaliyə müraciət edib: Bank hesablarından vəsaitlərin təkrar silinməsi kibermüdaxilə deyil, texniki nasazlıq aradan qaldırılıb
DÇ-2026: Son tura start verilir
Əraqçi Səudiyyə Ərəbistanı XİN rəhbəri ilə ABŞ-la danışıqları müzakirə edib
Kürdəmirdə "Kamaz" aşıb, xəsarət alan var
Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur
Milli Məclisin sədri Qalibafla görüşüb, regiondakı proseslər müzakirə olunub
Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb
Sertifikasiya üzrə test imtahanının beşinci günündə 6500-ə yaxın müəllim iştirak edib
BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb
İraq Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb
"Chevrolet Cobalt" Şuşa şəhərciyində xuliqanlıq zəminində tərk edilib, sahibi müəyyən olunub
ÜST: Ebola epidemiyası ilə mübarizə səyləri xəstəliyin yayılma sürətindən geri qalır
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb - YENİLƏNİB
“Neftçi” qvadelupalı müdafiəçi Endryu Qravilyonu transfer edib
Krasnodarda helikopter qəzaya uğrayıb
İranlı deputat Körfəz ölkələrini ittiham edib, Yəmən rəsmisi isə ölkəsindəki humanitar böhrana görə Tehranı günahlandırıb
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
CENTCOM: Suriyada İŞİD-in yüksək vəzifəli lideri öldürülüb
Rəsmi Bakı Fransa XİN-in cavablarını pisləyib: Paris köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir
İyun ayının sosial ödənişləri yekunlaşdırılıb
Belarusda Ukrayna ilə gərginlik fonunda səfərbərlik təlimləri keçirilir
Qalibaf: Tehran müharibə dövründə dostunu və düşmənini tanıyıb, Azərbaycan İranın yanında olub
ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir
Prezident İlham Əliyev: Azərbaycan dövləti İranın yanında olub, arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
Prezident İlham Əliyev Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Naxçıvanda “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirə keçirilib - FOTO
"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
Neftçalada DOST filialı fəaliyyətə başlayıb - FOTO
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
Azərbaycanda əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsi tətbiq oluna bilər
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib
AFP: Səudiyyə Ərəbistanında İran və Körfəz ölkələri arasında danışıqlar nəzərdə tutulur
Anar Əliyev Salyanda vətəndaşları qəbul edib
ADY: Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam edir
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib - FOTO
Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak etmək üçün Polşaya gedib
“Reuters”: Vaşinqtonda Livan ərazilərinin qaytarılması ilə bağlı pilot layihə müzakirə edilir
Ukrayna İranda saxlanılan dörd dənizçisini geri qaytarıb
FHN yanında İctimai şuranın üzvləri Nazirliyin strukturunda görüş keçiriblər
Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapılıb
Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
AQP-nin reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib
Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
"Azercell"in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir