Bank Of Baku

Rusiya Federal Təhlükəsizlik Xidməti ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb

Rusiya Federal Təhlükəsizlik Xidməti ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb
# 05 iyul 2007 13:23 (UTC +04:00)
Volqoqradda Azərbaycan və Rusiya xüsusi xidmət orqanları nümayəndə heyətlərinin görüşü başlayıb. APA-nın məlumatına görə, görüşdə beynəlxalq terrorizmə qarşı mübarizə məsələsi müzakirə olunub. Nümayəndə heyətləri beynəlxalq terrorizmə qarşı mübarizəyə dair birgə fəaliyyətin təkmilləşdirilməsi və iki ölkənin yanacaq-energetika komplekslərinin təhlükəsizliyinin təmin olunması mövzuları ətrafında fikir mübadiləsi aparıblar. Görüşün sonunda Rusiya Federal Təhlükəsizlik Xidməti ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi arasında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu Rusiya Antiterror Milli Mərkəzinin aparat rəhbəri, general-polkovnik Vladimir Bulavin və MTN İkinci İdarəsinin rəisi, polkovnik İsmayıl Bağırov imzalayıb. Ekspertlər Rusiyanın beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində islam ölkələri ilə əməkdaşlığı genişləndirməsini vacib sayır və Azərbaycanın xüsusi xidmət orqanları ilə Volqoqradda keçirilən məsləhətləşmələri müsbət qiymətləndirirlər. Rusiya mənbələri son bir neçə il ərzində Rusiyada qanunsuz hərbi birləşmələrin tərkibində fəaliyyət göstərən 12 Azərbaycan vətəndaşının cinayət məsuliyyətinə cəlb olunduğunu bildirir. Azərbaycan tərəfi isə Rusiyada terror aktı törətmiş 16 nəfəri bu ölkəyə təhvil verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR