Bank Of Baku

Əliməmməd Nuriyev seçki komissiyalarının formalaşdırılması ilə bağlı təkliflər paketini beynəlxalq təşkilatlara göndərib

Əliməmməd Nuriyev seçki komissiyalarının formalaşdırılması ilə bağlı təkliflər paketini beynəlxalq təşkilatlara göndərib
# 05 iyul 2007 13:42 (UTC +04:00)
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev seçki komissiyalarının yeni qaydada formalaşdırılması ilə bağlı hazırladığı təkliflər paketini beynəlxalq təşkilatlara göndərib. Fond rəhbəri APA-ya verdiyi açıqlamada layihənin Azərbaycandakı bütün səfirliklərə, ATƏT-ə və Avropa Şurasının Venesiya Komissiyasına təqdim etdiyini deyib. Ə. Nuriyev layihədə seçki komissiyalarının test üsulu ilə formalaşdırılmasını təklif edib. Onun sözlərinə görə, cəmiyyət hazırkı seçki komissiyalarına etimad göstərmədiyi üçün belə bir addımın atılması vacibdir: “Şəffaflığı, obyektivliyi təmin etmək üçün seçki komissiyaları siyasi partiyaların iradəsindən kənar formalaşdırılmalıdır. Məhz bu üsul hamıya bərabər şərait yaradacaq”. Layihədə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin sayının 11, Dairə Seçki komissiyalarının (DSK) sayının isə 5 nəfərdən ibarət olması nəzərdə tutulub. Test imtahanları zamanı ən yüksək bal toplamış şəxslərin MSK və DSK-ya seçilməsinə tərəfdar olduqlarını qeyd edən Ə. Nuriyev hesab edir ki, test imtahanları zamanı ən yüksək bal toplamış ilk 11 nəfər Milli Məclis tərəfindən Mərkəzi Seçki Komissiyasına üzv təyin edilməlidir: “Dairə Seçki Komissiyaları isə digər yüksək nəticə göstərmiş 625 nəfərdən formalaşdırılmalıdır. Təkliflər paketində hər bir məsələyə xırdalığı ilə diqqət yetirilib”. Layihədə test imtahanının keçirilməsi üçün test bankı yaratmaq, seçki komissiyaları üzvlərinin seçilməsi üçün 100 sualın 80%-nin Seçki Məcəlləsinə, qalan 20%-nin isə Cinayət-Prosessual, Mülki Məcəlləyə aid olması göstərilib. İmtahanların “Müsabiqə (Test) komissiyası”nın ümumi rəhbərliyi altında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilməsi təklif edilir. Ə. Nuriyevin fikrincə, komissiya parlamentdə təmsil olunan və son parlament seçkilərində 1 faizdən çox səs toplayan partiyaların və son parlament seçkilərində dairələrin 30 faizindən çoxunda müşahidə aparmış qeyri-hökumət təşkilatlarının nümayəndələrindən formalaşdırılmasını vacib sayır. Layihədə məntəqə seçki komissiyalarının da tərkibinin 5 nəfərdən ibarət olması təklif olunub. Bu komissiyaların da test imtahanından müvəffəqiyyətlə keçən şəxslərdən formalaşdırılması nəzərdə tutulur. Ə. Nuriyev komissiya üzvlərinin 10 il müddətinə seçilməsini təklif edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR