Bank Of Baku

Bu gün internetdə bir neçə gün əvvəl Şuşaya səfər etmiş Azərbaycan ziyalıları haqqında təhqiramiz məlumat və kollajlar yayılıb

Bu gün internetdə bir neçə gün əvvəl Şuşaya səfər etmiş Azərbaycan ziyalıları haqqında təhqiramiz məlumat və kollajlar yayılıb
# 05 iyul 2007 14:30 (UTC +04:00)
Bu gün internetdə bir neçə gün əvvəl Şuşaya səfər etmiş Azərbaycan ziyalıları haqqında təhqiramiz məlumat və kollajlar yayılıb. Ayrı-ayrı e-mail ünvanlarına göndərilən kollajların üstündə “Xainləri tanıyın!” sözləri yazılıb. Məlumatı yayanlar özlərini Hərbi Vətənpərvərlər Qrupu adlandırıblar: “Vətən sevgisindən uzaq olan bu manqurtlar öz cəzalarını almalıdırlar. Bizim cəmiyyətdə bu insanlara yer yoxdur” kimi mesajların yazıldığı internet materiallarına bu ziyalıların arasında olan yazıçı Kamal Abdulla münasibət bildirib. K. Abdulla APA-ya açıqlamasında bu kollajı və təhqir dolu yazıları yayanları “vətən xainləri” adlandırıb: “Biz vətənsevər olduğumuzu çoxdan sübut etmiş insanlarıq” . K. Abdulla bu səfərin birmənalı qarşılanmayacağını əvvəlcədən bildiklərini, deyib: “Kimsə deyir ki, guya biz Şuşaya kabab yeməyə getmişik. Yəqin, bu adam həmişə Şuşaya kabab yeməyə gedib və indi də elə bilir ki, bu yerə ancaq yeyib-içməyə gedərlər. Bu o adamların təsəvvürü və məntiqindən, tərbiyəsindən irəli gəlir. Mən Şuşada üç kal tut yedim, qoy o adamlar bacarırsa, gedib kabab yesinlər”. Rektor deyib ki, onların Şuşaya səfərini qəbul etməyənlərlə polemikaya girməyə hazırdır: “Ancaq vicdansız insanlara, Qarabağ problemini siyasi oyuna çevirənlərə, Qarabağ naminə bu gün aldığı qrantı sabah itirəcəyindən qorxub bu cür hərəkətlərə əl atanlara nə demək olar?”.
K. Abdulla, eyni zamanda onların Şuşaya səfərini təqdir edənlərin də kifayət qədər olduğunu deyib. Rektorun sözlərinə görə, əslində bu səfərə etiraz edənlərin paxıllıq hissi keçirirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR