Bank Of Baku

Arif Hacılı: “Ehtiyac yaranacağı təqdirdə mitinq keçirmək üçün payızı gözləməyəcəyik”

Arif Hacılı: “Ehtiyac yaranacağı təqdirdə mitinq keçirmək üçün payızı gözləməyəcəyik”
# 05 iyul 2007 15:34 (UTC +04:00)
Müsavat Partiyasında mitinqlər keçirməklə bağlı hər hansı müzakirə aparılmır. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, partiya mətbuata qarşı təzyiqlərin dayandırılması ilə bağlı aparılan kampaniyaya qoşulub, bu istiqamətdə görülən tədbirlərdə iştirak edir və prosesin sonunu gözləyirlər: “Bizdə ümumi rəy bundan ibarətdir ki, jurnalistlərin həyata keçirdiyi tədbirlər yekunlaşmamış bizim ayrıca mitinq keçirməklə bağlı qərarlar olmasın. Yalnız bundan sonra biz müzakirələrə başlayacağıq”. A. Hacılı Müsavatın kütləvi aksiyalara hər zaman önəm verdiyini və proseslərin gedişindən asılı olaraq aksiyalarla bağlı qərar verə biləcəklərini deyib: “Biz keçirdiyimiz aksiyaları birdəfəlik dayandırmamışıq. Ehtiyac yaranacağı halda payızı gözləməyə ehtiyac qalmayacaq, yayda da aksiya təyin edə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR