Bank Of Baku

Avropa Şurası Siyasi Biliklər Məktəbində Bakı və İrəvan məktəbinin nümayəndələrinin iştirakı ilə konfrans öz işinə başlayıb

Avropa Şurası Siyasi Biliklər Məktəbində Bakı və İrəvan məktəbinin nümayəndələrinin iştirakı ilə konfrans öz işinə başlayıb
# 05 iyul 2007 16:26 (UTC +04:00)
Avropa Şurası Siyasi Biliklər Məktəbində yay dinləmələri çərçivəsində Bakı və İrəvan məktəbinin nümayəndələrinin iştirakı ilə birgə konfrans öz işinə başlayıb. APA-nın Avropa bürosunun məlumatına görə, konfrans hər iki məktəbin rəhbərləri İlqar Məmmədov və Armen Zakaryanın təşəbbüsü və sədrliyi ilə keçirilir. Görüşdə Cənubi Qafqaz bölgəsinin inkişafı və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq. Mətbuat üçün qapalı keçirilən görüşə dinləyicilərdən başqa qonaq qismində politoloq Aleksandr Arzumanyan və Ermənistan parlamentinin deputatı Şavarş Koçaryan qatılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR