Bank Of Baku

Hazırda erməni əsirliyində 4471 Azərbaycan vətəndaşı var

Hazırda erməni əsirliyində 4471 Azərbaycan vətəndaşı var
# 06 iyul 2007 08:12 (UTC +04:00)
Bu barədə APA-ya DK-dan məlumat verilib. İyulun 1-ə olan məlumata əsasən, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4471 nəfər təşkil edir. Onlardan 3591 nəfəri hərbçi, 871 nəfəri mülki şəxsdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 51-i uşaq (17 nəfər azyaşlı qız), 384-si yaşlı şəxsdir (175 nəfər qadın). Əsir və itkin düşmüş 4471 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. İndiyədək əsir və girovluqdan 1391 nəfər azad edilib. Onlardan 343 nəfəri qadın, 1047 nəfəri kişidir. Azad olunanlardan 168-i uşaq (65 azyaşlı qız), 289-u qocadır (112 yaşlı qadın). Komissiyaya daxil olmuş materialların təhlili nəticəsində 451 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyənləşdirilib. Onlardan 86 nəfəri qadın, 365 nəfəri kişidir. 124 nəfərin yalnız adı məlumdur, 67 nəfər isə naməlum şəxsdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR