Bank Of Baku

“Aqo” qrupunun üzvləri xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüblər

“Aqo” qrupunun üzvləri xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüblər
# 06 iyul 2007 13:38 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən qrupun sədri, AŞ yanında İsveçin daimi nümayəndəsi Per Syöqren bildirib ki, A. Əzimov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan-Ermənistan danışıqlarının gedişi barədə onlara məlumat verib. A. Əzimov Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü, danışıqlar prosesindəki dəyişiklikləri də qonaqların diqqətinə çatdırıb. Per Syöqren qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli “Aqo” qrupunun mandatına daxil deyil: “Bizim mandatımız Azərbaycan və Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR