Bank Of Baku

Yaqub Abbasov: “Azərbaycan Demokrat Partiyasının rəhbərliyi dialoq adı ilə manipulyasiya etdi”

Yaqub Abbasov: “Azərbaycan Demokrat Partiyasının rəhbərliyi dialoq adı ilə manipulyasiya etdi”
# 06 iyul 2007 11:09 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyasının rəhbərliyi dialoq adı ilə manipulyasiya etdi. Buna görə də haqlı olaraq hakimiyyət onların dialoqla bağlı müraciətinə cavab vermir”. Bunu APA-ya açıqlamasında ADP-nin keçmiş üzvü, Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Yaqub Abbasov bildirib. ADP-də olan zaman dialoq təşəbbüsü ilə birinci çıxış edən şəxsin özünün olduğunu xatırladan Y. Abbasovun fikrincə, sonradan ADP rəhbərliyi bu dialoqu müxalifət müstəvisindən partiya müstəvisinə keçirməyə çalışdı: “Əvvəlcə fikir ondan ibarət idi ki, dialoq ümumilikdə müxalifətlə hakimiyyət arasında olsun. Hakimiyyətlə inteqrasiyanın həyata keçirilməsi, ictimai nəzarət olan bütün qurumlarda müxalifətin də təmsil olunması təklifləri vardı. Təəssüf ki, onların ortaya qoyduqları mövqe bizi dialoqa yaxınlaşdırmadı. Hakimiyyət dairələri də ADP rəhbərliyinin təklifinin səmimi olmadığını bildiyi üçün buna müsbət cavab vermir”.
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov isə APA-ya bildirib ki, bu fikirlər Y.Abbasovun siyasi dialoqla bağlı biliyinin olmadığını göstərir və bu, təəssüf doğurur. Onun sözlərinə görə, ACP təmsilçisinin hakimiyyətin vəkili qismində çıxış etməsi başqa mətləblərdən xəbər verir: “Onlar düşünürlər ki, proses uzandıqca hakimiyyətin vəkili kimi çıxış etməklə hakimiyyətdən özlərinə qarşı münasibət formalaşdıra bilərlər. Amma hakimiyyət nümayəndələri bu günə qədər dialoqun əleyhinə çıxış etməyiblər. Ona görə də düşünürəm ki, hakimiyyət Yaqub Abbasovun vəkilliyindən imtina edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR