Bank Of Baku

Açıq Cəmiyyət Partiyası hələlik bloklara qoşulmaq niyyətində deyil

Açıq Cəmiyyət Partiyası hələlik bloklara qoşulmaq niyyətində deyil
# 06 iyul 2007 12:39 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) indiki mərhələdə seçki və siyasi bloklara qoşulmaq niyyətində deyil. Partiya sədrinin birinci müavini Yaqub Abbasovun APA-ya verdiyi məlumata görə, ACP hazırda partiyalarla ikitərəfli əməkdaşlığın qurulmasında maraqlıdır. Y. Abbasov bloklaşmaların bir çox hallarda müxalifət üçün zərərli nəticələr verdiyini qeyd edib. Sədr müavini yalnız prezident seçkiləri ərəfəsində bloklaşmada iştirakın partiya üçün aktuallaşacağını qeyd edib. ACP-nin hazırda mövcud olan bloklarda təmsil olunacağı, yoxsa öz ətrafında blok yaradacağı ilə bağlı suala gəldikdə, Y. Abbasov bunun situasiyadan asılı olduğunu vurğulayıb: “Bütün bunlar seçki prosesində müəyyənləşəcək. Partiyanın lideri prezident seçkilərində iştirak edəcək. Ona görə də yeni blok formalaşdırmaq və yaxud hazırkı blokları modernləşdirmək mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR