VİP dövlət qeydiyyatı problemi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək

VİP dövlət qeydiyyatı problemi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək
# 06 iyul 2007 12:40 (UTC +04:00)
Azərbaycan məhkəmələri Vətəndaş və İnkişaf Partiyasının (VİP) dövlət qeydiyyatına alınması ilə bağlı qərar qəbul etməyəcəyi halda, partiya Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Bu barədə APA-ya partiyanın sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, VİP qeydiyyatın məhkəməsiz həyata keçməsi üçün bütün mümkün addımları atıb: “Dəfələrlə Ədliyyə Nazirliyinə müraciət edib qeydə alınmamağımızın səbəblərini soruşduq. Amma bizə heç bir rəsmi cavab verilmədiyi üçün məhkəməyə müraciət etdik. Amma yenə də bu işin beynəlxalq səviyyəyə çıxmadan, Azərbaycan müstəvisində həllinə çalışacağıq. Bu mümkün olmasa, o zaman məsələnin beynəlxalq səviyyəyə qaldırılmasına məcbur olacağıq”. Ə. Əliyev bildirib ki, hazırda iş Yasamal Rayon Məhkəməsindədir və Ədliyyə Nazirliyinə qarşı qaldırılmış iddiaya iyulun 9-da hakim Fəxrəddin Ağamirzəyevin sədrliyi ilə keçiriləcək iclasda baxılacaq. İddiada ƏN-in hərəkətsizliyinin hüquq pozuntusu olduğu qeyd edilib və bununla bağlı məhkəmə qətnaməsinin qəbul olunması, partiyanın qeydiyyat probleminin həll edilməsi xahiş edilib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR