Bank Of Baku

Əli Əliyev: “Partiyalar beynəlxalq təşkilatlara lazım olandan çox ümidli olmamalıdırlar”

Əli Əliyev: “Partiyalar beynəlxalq təşkilatlara lazım olandan çox ümidli olmamalıdırlar”
# 06 iyul 2007 13:24 (UTC +04:00)
“Son parlament seçkilərində sübut olundu ki, müxalifət partiyalarının beynəlxalq təşkilatlardan gözləntiləri həddindən artıq çox olur. Amma seçkilərin nəticələri rəsmiləşdirilən zaman bu təşkilatlara olan ümidlər özünü doğrultmur”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib. Son vaxtlar Azərbaycana beynəlxalq təşkilatların nümayəndələrinin mütəmadi olaraq səfərlər etməsinə baxmayaraq, Ə.Əliyev bunun ciddi dəyişikliyə səbəb olmayacağını, amma ən azı demokratikləşmə prosesində müəyyən iz buraxacağını düşünür: “Beynəlxalq təşkilatlar konkret qərarlar qəbul olarkən əsasən öz ölkələrinin maraqlarını nəzərə alır və məsələlərə qlobal prizmadan yanaşırlar. Bu nöqteyi-nəzərdən partiyalar beynəlxalq təşkilatlara lazım olandan çox ümidli olmamalıdırlar. Hazırkı səfərləri və Azərbaycanla bağlı beynəlxalq təşkilatların fəaliyyətini də heçə endirmirik, bunu əhəmiyyətli sayırıq. Ümid edirik ki, onlar öz mövqelərində müəyyən dəyişiklik edəcək və məsələlərə ədalətli prizmadan yanaşacaqlar”. Ə. Əliyev “Aqo” qrupunun Azərbaycana səfəri ilə bağlı blokun Sədrlər Şurasının növbəti iclasında müzakirələr aparılacağını da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR