Bank Of Baku

Qulamhüseyn Əlibəyli AXCP-nin növbəti qurultayında Ali Məclis sədri postuna namizədliyini irəli sürməyəcək

Qulamhüseyn Əlibəyli AXCP-nin növbəti qurultayında Ali Məclis sədri postuna namizədliyini irəli sürməyəcək
# 06 iyul 2007 16:17 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayının keçirilməsi ilə bağlı yaxın günlərdə rayon təşkilatlarının konfransları olacaq. Partiyanın Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin APA-ya verdiyi məlumata görə, artıq bütün özəklərdə ümumi yığıncaqlar keçirilib, konfranslara nümayəndələr seçilib. Q. Əlibəyli konfransların 2-3 ay müddətində davam edəcəyini bildirib. Onun sözlərinə görə, konfranslarda yerli təşkilatlar yenidən formalaşdırılacaq və qurultaya nümayəndələr seçiləcək. Qurultaya təxsinən 700 nümayəndənin seçilməsinin gözlənildiyini deyən Q. Əlibəyli qurultayın payızda keçiriləcəyini vurğulayıb. Qurultayda partiyanın sədrliyinə kimlərin namizəd olacağına gəldikdə isə Ali Məclisin sədri bu barədə indidən fikir söyləməyin çətin olduğunu və özünün namizədliyini irəli sürməyəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR