Bank Of Baku

“Aqo” qrupunun rəhbəri Pyer Syorgen: “Avropa Şurası prezident seçkilərində Azərbaycana öz köməyini təklif edib”

“Aqo” qrupunun rəhbəri Pyer Syorgen: “Avropa Şurası prezident seçkilərində Azərbaycana öz köməyini təklif edib”
# 06 iyul 2007 18:26 (UTC +04:00)
APA-nın məlumatına görə, qrupun sədri, Avropa Şurası yanında İsveçin daimi nümayəndəliyinin rəhbəri Pyer Syörgen bildirib ki, “Aqo” Monitorinq Qrupu 2001-ci ildə Azərbaycan və Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətinin monitorinqini keçirmək üçün yaradılıb: “Biz hazırda 3 istiqamətə diqqət yetiririk. Bunlar məhkəmə sistemində islahatlar, seçki praktikasının təkmilləşdirilməsi və söz azadlığı ilə bağlı vəziyyətdir. Bakıda keçirdiyimiz görüşlərdə də bu mövzularda müzakirələr apardıq”. Son müzakirələrin yenidən Xarici İşlər Nazirliyində keçirildiyini deyən P. Syörgen qeyd edib ki, Azərbaycanla AŞ arasında əməkdaşlığı genişləndirmək üçün payızda Venesiya Komissiyasının təmsilçiləri ilə birgə yenidən görüş keçirilməsi qərara alınıb: “Avropa Şurası gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi aparılan kampaniyada köməyini təklif edib. Ümid edirik ki, Azərbaycan Venesiya Komissiyasının Seçki Məcəlləsinə təklif etdiyi tövsiyələri qəbul edəcək. Bundan başqa, məhkəmə sistemində islahatlara ciddi ehtiyac olduğunu diqqətə çatdırdıq. Azərbaycan hökuməti söz verib ki, bu islahatlar üçün büdcədən əlavə vəsait ayrılacaq, hakimlərin və hüquqşünasların sayı artırılacaq, onlar üçün treninqlər keçiriləcək. 18 ay ərzində 600 prokuror üçün treninq keçirilməsi nəzərdə tutulub”.
Azərbaycanda medianın durumuna toxunan P. Syörgen bildirib ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilin keyfiyyətinin artırılması üçün AŞ dəstək verəcək. Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməkdən yayınan isveçli diplomat bu məsələnin rəhbərlik etdiyi qrupunu mandatına aid olmadığını bildirib: “Rəhbərlik etdiyim qrup münaqişələrlə məşğul olmur. Bununla belə deyə bilərəm ki, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR