Bank Of Baku

“Sosintern”in baş katibinin Bakıya səfəri başa çatıb

“Sosintern”in baş katibinin Bakıya səfəri başa çatıb
# 07 iyul 2007 08:19 (UTC +04:00)
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) dəvəti ilə Bakıya gəlmiş Sosialist İnternasionalının baş katibi Luis Ayalanın səfəri başa çatıb. ASDP həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, L. Ayala ötən gün Avropaya yola düşüb. Onun səfərini qısa müddətdə başa vurmasına səbəb isə Azərbaycan prezidentinin məzuniyyəti olub: “Səfər çərçivəsində ölkə prezidenti ilə görüş nəzərdə tutulurdu. Amma prezident məzuniyyətə çıxdığı üçün bu görüş təxirə salındı. Ona görə Milli Elmlər Akademiyasında, partiya liderləri ilə ayrı-ayrılıqda planlaşdırılmış görüşlər də təxirə salındı”. A. Əlizadə L. Ayalanın yaxın müddətdə yenidən Bakıya səfər etmək niyyətində olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR