Bank Of Baku

Araz Əlizadə: “Müxalifətin 2008-ci il prezident seçkilərində ciddi uğur qazanacağını gözləmirəm”

Araz Əlizadə: “Müxalifətin 2008-ci il prezident seçkilərində ciddi uğur qazanacağını gözləmirəm”
# 07 iyul 2007 09:18 (UTC +04:00)
“Müxalifətin 2008-ci il prezident seçkilərində ciddi uğur qazanacağını gözləmirəm. Çünki müxalifət çox zəifdir, resursları çox məhduddur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib. Onun sözlərinə görə, hazırkı məqamda vəziyyət müxalifətin prezident seçkiləri ilə bağlı kampaniyanı fəal aparmasına və nəticə qazanmasına ümidi azaldır. Bu kimi fikirlər bildirməklə yanaşı, partiya həmsədri vəziyyətdən çıxış yolu ilə bağlı hər hansı təklifinin olmadığını deyib. A. Əlizadə həmçinin ASDP-nin istənilən halda prezident seçkilərində öz namizədi ilə iştirak edəcəyini deyib. Namizədin kim olacağına gəldikdə, bunun zamanı gələndə müəyyənləşdiriləcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR