Bank Of Baku

ATƏT Seçki Monitorinq Mərkəzini Türkiyədə keçiriləcək seçkilərin müşahidəsinə dəvət edib

ATƏT Seçki Monitorinq Mərkəzini Türkiyədə keçiriləcək seçkilərin müşahidəsinə dəvət edib
# 07 iyul 2007 09:19 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilər ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ankarada Seçkiləri Qiymətləndirmə Missiyasının (SQM) tərkibində Azərbaycandan Seski Monitorinq Mərkəzinin (SMM) rəhbəri Anar Məmmədli də iştirak edəcək. SMM-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, SMQ çərçivəsində ATƏT-ə üzv 15 ölkədən ekspertlər fəaliyyət göstərir. Missiya Türkiyədə iyulun 22-də keçiriləcək parlament seçkilərinin ATƏT standartları çərçivəsində qiymətləndirməsini aparacaq və hesabat verəcək. Seçki gününədək SQM ekspertləri hakimiyyət nümayəndələri, seçki komissiyaları, siyasi partiyalar, KİV və QHT nümayəndələri ilə görüşəcəklər. Seçki günü isə SQM üzvləri müxtəlif seçki məntəqələrində səsvermə, səslərin sayılması və hesablanması prosesini müşahidə edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR