Bank Of Baku

MTN Akademiyasının Sərhəd Qoşunları fakültəsinin məzunlarının buraxılış mərasimi keçirilib

MTN Akademiyasının Sərhəd Qoşunları fakültəsinin məzunlarının buraxılış mərasimi keçirilib
# 07 iyul 2007 10:01 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Sərhəd Qoşunları fakültəsinin məzunlarının 2-ci buraxılış mərasiminin keçirildiyini qeyd edib. Bu münasibətlə məzunları, onların valideynlərini, Dövlət Sərhəd Xidmətinin, Akademiyanın rəhbərliyini və müəllim heyətini təbrik edən nazir bildirib ki, bu il Akademiyada 89 nəfər təhsilini uğurla başa vurub: “Dövlət başçısı tərəfindən Azərbaycanın bütün hərbi, xüsusi xidmət və hüquq-mühafizə qurumlarına xüsusi qayğı göstərilir. Şəxsi heyətin peşəkarlığı və döyüş qabiliyyətinin artırılması, onun maddi-texniki təminatının möhkəmləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. Zabit korpusunun yetişdirilməsi vəzifəsinin layiqincə həyata keçirilməsi üçün Milli Təhlükəsizlik Nazirliyinin və Akademiyanın rəhbərliyi, müəllim heyəti təlim-tədris prosesinin yüksək səviyyədə təşkil olunmasına xüsusi diqqət yetirir. Akademiyanın şəxsi heyətinin istifadəsi üçün əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuş tədris və sosial təyinatlı korpuslarda hər cür şərait yaradılıb. Ötən buraxılışdan bəri Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər sürətlə davam etdirilib. Akademiyada tədrisə cəlb olunmuş heyətin yaxşı oxuması, seçdikləri peşəyə dərindən yiyələnməsi, o cümlədən fiziki inkişafı üçün bütün lazımi imkanlar var”. Tədbirdə çıxış edən Akademiyanın rəisi Ziya Yusifzadə isə Akademiyanı 14 nəfərin fərqlənmə diplomu ilə bitirdiyini söyləyib. Z. Yusifzadə qeyd edib ki, ötən il məktəbi fərqlənmə diplomu ilə bitirənlər 10 nəfər olub. Akademiyanın rəisi 89 məzuna leytenant rütbəsi verildiyini bildirib. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, leytenant Zaur Fəttahovun çıxışından sonra məzunlara diplomlar təqdim edilib və zabitlərin keçidi olub. Daha sonra nazir Eldar Mahmudov Akademiyanın Şöhrət Muzeyində tədris müəssisəsini fərqlənmə ilə bitirmiş məzunlara qiymətli hədiyyə - xatirə diplomları təqdim edib. Sonra Şöhrət Muzeyinin qarşısında xatirə şəkli çəkilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR