Bank Of Baku

Əvəz Temirxan: “Azadlıq” bloku ilə ACP arasında əməkdaşlıq sazişi imzalana bilər”

Əvəz Temirxan: “Azadlıq” bloku ilə ACP arasında əməkdaşlıq sazişi imzalana bilər”
# 07 iyul 2007 10:10 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) ilə “Azadlıq” bloku arasında əməkdaşlıq üçün danışıqlar davam etdirilir. Blokun üzvü olan Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxanın APA-ya verdiyi məlumata görə, ALP ilə ACP-nin münasibətlərində heç bir problem yoxdur və bir sıra məsələlərdə bu partiyaların mövqeləri üst-üstə düşür. “Azadlıq” bloku ilə ACP-nin yaxınlaşması ehtimalının da böyük olduğunu deyən Ə.Temirxan əməkdaşlığın hansı formada olacağı ilə bağlı indidən fikir bildirməyin mümkün olmadığını qeyd edib: “ACP-nin rəhbərliyi ilə davamlı müzakirələr aparılır. Gələcəkdə mümkündür ki, həmin partiya ilə ya blokdakı partiyalar ayrı-ayrılıqda, ya da blok olaraq əməkdaşlıq sazişi imzalansın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR