Bank Of Baku

Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvləri komitələrin iclaslarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırıblar

Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvləri komitələrin iclaslarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırıblar
# 07 iyul 2007 11:18 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar İbrahimov məlumat verib. Onun sözlərinə görə, Siyasi, Demokratiya və İnsan hüquqları, o cümlədən İqtisadi komitənin iclaslarında çıxış edən azərbaycanlı deputatlar müzakirə olunan məsələlərlə bağlı öz təkliflərini çatdırıblar: “İqtisadi komitənin iclasında deputat Fəttah Heydərov ekologiya ilə bağlı çıxış edərək Ermənistanın Atom Elektrik Stansiyası tərəfindən çirkab suların Araz çayına axıdılması, Azərbaycanın işğal altında olan ərazilərin yandırılması, qaçqın və məcburi köçkünlərin vəziyyəti və digər məsələlərlə bağlı məlumat verdi. Hər uç komitədə Dağlıq Qarabağ problem ilə bağlı məsələni qaldırdıq. Hazırda qətnamə layihələrinə düzəlişlərin müzakirəsi başa çatmaq üzrədir. Bu qətnamə layihələrində Azərbaycanın mənafeyinə zidd olan heç bir məsələ yoxdur”. E. İbrahimov, həmçinin ATƏT Parlament Assambleyasının İnsan haqları komitəsində müzakirə edilən qətnamə layihəsinə 5 maddədən ibarət təkliflərinin olduğunu da deyib: Nümayəndə heyətinin rəhbəri, sessiya zamanı ATƏT PA-nın sədri və müavini vəzifələrinə də seçkilərin keçiriləcəyini deyib: “Yəqin ki, ATƏT Parlament Assambleyasının sədri vəzifəsinə yenidən Qoran Lenmarker seçiləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR