Bank Of Baku

AŞPA prezidenti Rene van der Linden bu gün Azərbaycan rəsmiləri ilə görüşəcək

AŞPA prezidenti Rene van der Linden bu gün Azərbaycan rəsmiləri ilə görüşəcək
# 09 iyul 2007 08:07 (UTC +04:00)
APA-nın məlumatına görə, iyulun 7-də Bakıya gəlmiş AŞPA prezidenti dünən Azərbaycanın siyasi partiya və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. Bu gün isə qonaq Milli Məclisin sədri Oqtay Əsədov, parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, baş nazir Artur Rəsizadə, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə ilə görüşlər keçirəcək. Rene van der Linden bu axşam Bakıya səfərinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirəcək. Qeyd edək ki, AŞPA prezidenti Bakıda Cənubi Qafqaz turnesi çərçivəsində gəlib. 2005-ci ilin yanvar ayından AŞPA-ya rəhbərlik edən Rene van der Linden 2008-ci il yanvarında bu vəzifəni tərk edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR