Bank Of Baku

Bu gün Vaşinqtonda ABŞ-Azərbaycan hərbi-siyasi məsləhətləşmələri başlayır

Bu gün Vaşinqtonda ABŞ-Azərbaycan hərbi-siyasi məsləhətləşmələri başlayır
# 09 iyul 2007 08:30 (UTC +04:00)
Nümayəndə heyətinin tərkibinə Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, Fövqəladə Hallar Nazirliyi və digər strukturlarının nümayəndələri daxildir. Səfər çərçivəsində nümayəndə heyətinin ABŞ Dövlət Departamenti və Pentaqonda görüşləri planlaşdırılıb. Danışıqlarda iki ölkə arasında hərbi-siyasi məsləhətləşmələrlə yanaşı, Qəbələ radiolokasiya stansiyası ilə bağlı məsələ də müzakirə olunacaq. Sabah Dövlət Departamentində keçiriləcək görüşdən sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza və Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov birgə mətbuat konfransı keçirəcəklər. Qeyd edək ki, rəsmi görüşlər iki gün davam edəcək, səfərin üçüncü günü isə xarici işlər nazirinin müavini Araz Əzimov Vaşinqtonda yerləşən Woodrow Wilson mərkəzində məruzə ilə çıxış edəcək. Mərkəzlə Kennan Universitetinin birgə təşəbbüsü ilə keçirilən tədbir “Azərbaycanın təhlükəsizlik gündəliyi” mövzusu altında olacaq. Nazir müavinin məruzəsində daha çox regionun təhlükəsizlik məsələləri və enerji siyasətinə diqqət yetirəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR