Bank Of Baku

Qulamrza Təbrizi Dünya Azərbaycanlıları Konqresinin sədri seçilib

Qulamrza Təbrizi Dünya Azərbaycanlıları Konqresinin sədri seçilib
# 09 iyul 2007 10:57 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultayda Azərbaycandan səsvermə hüququna malik 80, qonaq qismində isə 50-yə yaxın soydaşımız iştirak edib. Toplantıya müxtəlif ölkələrdə fəaliyyət göstərən təşkilatlardan 200-dək nümayəndə qatılıb. Qurultayda Konqresin Nizamnamə və strukturunda dəyişiklik edilib. Yeni İdarə Heyəti yaradılıb və 17 nəfərdən ibarət olan bu qurum Konqresin sədri vəzifəsinə 3 namizəd irəli sürüb. Namizədlər arasında daha çox səs toplayan Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası İdarə Heyətinin üzvü Qulamrza Təbrizi DAK-ın sədri seçilib. Tədbirdə DAK qurultayının ildə bir dəfə keçirilməsinə qərar verilib. Qeyd edək ki, DAK-ın əvvəlki sədri Cavad Derəxti olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR