Bank Of Baku

Rene van der Linden: “İlk AŞPA prezidentiyəm ki, səlahiyyət müddətimdə Azərbaycana iki dəfə səfər etmişəm”

Rene van der Linden: “İlk AŞPA prezidentiyəm ki, səlahiyyət müddətimdə Azərbaycana iki dəfə səfər etmişəm”
# 09 iyul 2007 12:11 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Görüşdə çıxış edən Milli Məclisin spikeri bildirib ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir: “Ölkəmiz bütün beynəlxalq təşkilatlar, o cümlədən də Avropa Şurası və onun qurumları ilə əlaqələrin inkişafında maraqlıdır. Bunun üçün Azərbaycan parlamentində də məqsədyönlü iş aparılır”. Milli Məclisin sədri Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin regional və daha irimiqyaslı layihələrdəki iştirakı, qazanılmış uğurlar barədə qonaqlara ətraflı məlumat verib. Rene van der Linden ətraflı məlumat üçün minnətdarlıq edərək bildirib ki, bu, onun Azərbaycana ikinci səfəridir: “Əvvəlki səfərimdən ötən iki il müddətində görülən işlər, müşahidə olunan inkişaf, Bakının günbəgün gözəlləşməsi çox təqdirəlayiqdir. Azərbaycanın sürətli inkişafı, həyata keçirilən siyasi, iqtisadi və demokratik islahatlar ölkənin beynəlxalq imicini daha da artırır. Bütün bu və digər proseslər Avropada diqqətlə izlənilir və Avropa Şurası Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində və əlaqələrimizin inkişafında çox maraqlıdır. Mən AŞPA-nın ilk sədriyəm ki, səlahiyyət müddətimdə Azərbaycana iki dəfə səfər edirəm. Bu, bizim diqqətimizin və ölkənizə verdiyimiz yüksək qiymətin əyani sübutudur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR