Bank Of Baku

Hüquq müdafiəçiləri və QHT rəhbərləri AŞ PA prezidenti ilə görüşüb

Hüquq müdafiəçiləri və QHT rəhbərləri AŞ PA prezidenti ilə görüşüb
# 09 iyul 2007 12:45 (UTC +04:00)
Hüquq-müdafiəçiləri - Səidə Qocamanlı, Eldar Zeynalov, Sahib Məmmədov, Elçin Behbudov, “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov və Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Lindenlə görüşüblər. Səidə Qocamanlı APA-ya bildirib ki, görüşdə ölkədəki ictimai-siyasi durum, söz azadlığının, insan haqlarının vəziyyəti barədə müzakirələr aparılıb: “Biz qonağın nəzərinə çatdırdıq ki, Azərbaycanda hazırda 7 jurnalist həbsdədir, siyasi məhbuslar hələ də azadlığa buraxılmayıb, sərbəst toplaşmaq azadlığı üçün problemlər qalır”. Onun sözlərinə görə, AŞ PA prezidenti problemlərin həll olunmamasına, xəstə məhbusların hələ də azadlığa buraxılmamasına görə təəssüfünü ifadə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR