Bank Of Baku

ADP İdarə Heyətinin növbəti iclası keçirilib

ADP İdarə Heyətinin növbəti iclası keçirilib
# 09 iyul 2007 13:26 (UTC +04:00)
Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və təşkilati məsələ müzakirə olunub. Müzakirə zamanı ADP Balakən rayon təşkilatının sədri Nizami Quliyevin həbsi ətrafında fikir mübadiləsi aparılıb. İH üzvləri bu hadisəni sosial problemlər məngənəsində və siyasi mənsubiyyətinə görə diskriminasiyaya məruz qalan cəmiyyət üzvlərinin faciəsi kimi dəyərləndirib. İH istintaq və məhkəmə orqanlarından N. Quliyevin şok vəziyyətində atdığı addımın hansı zərurətdən doğduğunu obyektiv araşdırmağa və onun barəsində ədalətli qərar çıxarmağa çağırıb. Partiya həmçinin hüquq-müdafiə təşkilatlarını N. Quliyevin hüquqlarının qorunması istiqamətində səy göstərməyə və onun siyasi məhbus kimi tanınması ilə bağlı müvafiq addımlar atmağa çağırıb. İH üzvləri iyulun 19-da Dağlıq Qarabağda qondarma “prezident seçkiləri”nin keçirilməsi məsələsini müzakirə edib və ermənilər tərəfindən atılan bu addımı növbəti avantüra kimi qiymətləndiriblər. Müzakirələr zamanı cari məsələlərlə bağlı bir sıra qərarlar qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR