Bank Of Baku

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Heydər Əliyevin Madam Tüsso muzeyindəki heykəl-fiqurunun önündə tədbir keçirib

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Heydər Əliyevin Madam Tüsso muzeyindəki heykəl-fiqurunun önündə tədbir keçirib
# 14 may 2008 07:56 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Heydər Əliyevin 85 illik yubileyi münasibətilə onun Madam Tüsso muzeyindəki heykəl-fiqurunun önündə tədbir keçirib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Heydər Əliyevi görkəmli ictimai xadim, dünyanın tanınmış siyasətçiləri arasında özünəməxsus yer tutan siyasətçi kimi xarakterizə edərək məşhur Madam Tüsso muzeyində onun heykəlinin olmasını bunun bariz təzahürü olduğunu bildirib. Tədbirdə Böyük Britaniyadakı azərbaycanlı icmasının nümayəndələri, muzeyə gələn ziyarətçilər iştirak ediblər. Bundan əlavə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə Britaniyada təhsil alan azərbaycanlı gənclər arasında Heydər Əliyevin yubileyinə həsr edilmiş futbol turniri də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR