Rəsul Quliyev: “Hakimiyyət komandasında kifayət qədər proqressiv düşüncəli adamlar var” - EKSKLÜZİV
- Bu il keçiriləcək prezident seçkilərində müxalifət partiyalarının şansını necə qiymətləndirirsiniz? Siz özünüz bu seçkilərdə iştirak etmək fikrindəsinizmi?
- İstənilən şans məqsədyönlü, ağıllı və gündə 12-14 saat ağır əməyin hesabına yarana bilər. Müxalifətin növbəti prezident seçkilərinə hazırlığı, indiki prezidentin seçildiyi gündən başlamalı idi. Seçkinin keçirilməsinə 5 ay qalıb, ancaq hələ də müxalifət nə istədiyini dəqiq bilmir. Belə bir vəziyyətdə hansı şansdan söhbət gedə bilər? Mənə belə gəlir ki, müxalifətin bir hissəsi şansını əlahəzrət təsadüfə bağlayıb gözləyir. Məsələn, çörəyin qiyməti bir neçə dəfə qalxacaq, sonra qıtlıq olacaq, “ac qılınca çarpar” prinsipi ilə camaat ayağa qalxacaq və onları gətirib ölkənin başçısı qoyacaq.
- Müxalifətin seçkilərlə bağlı xüsusi fəallıq göstərməməsinin, bu passivliyinin səbəbini nədə görürsünüz?
- Aktivliyin səviyyəsinin özülünü ölkədə narazı elektoratın mövcudluğu yaradır. İstənilən cəmiyyətdə narazı elektorat var, belə elektoratın olması inkişafın əsasıdır. Normal ölkədə belə elektoratın gücü zəifləsə, rəqabəti bərpa etmək üçün hökumət addımlar atmalıdır. Bu elektorat hansısa siyasi qüvvəyə və ya liderə inanıb arxasınca getsə, aktivlik ola bilər. Qeyri-fəallığın yeganə səbəbi bu elektoratın inanıb arxasınca gedə biləcəyi siyasi qüvvənin və yaxud liderin olmamasındadır. Təəccüb doğuran hökumətin hansı səbəbdən mitinqləri keçirməyə icazə verməməsi və ya əngəl törətməsidir.
- Siz həmişə müxalifətin bir araya gəlməsi üçün təkliflər irəli sürürsünüz. Bu istiqamətdə konkret hansı addımlar atmısınız? Müxalifət Sizin irəli sürdüyünüz təkliflərə nə üçün ciddi yanaşmır?
- Addımlar kifayət qədər olub. Müxalifət liderlərinin bir araya gələ bilməməsinin çox səbəbi var. İlk növbədə müzakirə olunan məsələ ilə əlaqədar konkret proqram və praktiki bu proqramı həyata keçirmə planı olmalıdır. Heç bir ölkədə demokratikləşmə prosesində müxtəlif fikirli şəxslərin və partiyaların birləşmədən nəyəsə nail olduğuna rast gələ bilmərik. Belə müzakirələr hərdən 3 ay, hərdən də illərlə davam edir. Bizdə keçirilən müzakirələrdə, yalnız bir dəfə buna nail olmuşuq ki, onda da 2 saatdan sonra zalın yarısı işlərinin olduğunu bəhanə gətirib getdi. Çünki bu ağır, çılpaq demokratik müzakirədən şəxsən nə qazanacaqlarına əmin deyildilər. Özünü böyük hesab edən liderlə yanaşı, onun kiçik, vacib saymadığı partiyalar da ideya irəli sürüb eyni şəkildə qəbul etdirmək hüququna malikdir. Ölkənin maraqları aparıcı olarsa, hökmən belə müzakirələr olmalıdır. Görünür, bir sıra adamlarda şəxsi maraq daha yüksək qiymətə malikdir. Müxalifət yığışıb bir qurum yaradır və qərar qəbul edir ki, qərarlar konsensus əsasında qəbul oluna bilər. Bu nə deməkdir - bu qurum dövlətlər arasında yaradılmış qurumdur, nədir, başa düşmək olmur. Azlığın çoxluğa tabe olmadığı qurum ciddi qərarlar qəbul edə bilməz. İstənilən bir səbatsız adamın xalqın taleyüklü məsələlərində həlledici səsə malik olması kimi qeyri-ciddi bir iş görmək olarmı? “Mən böyüyəm, filankəs kiçikdir, onunla bir masa arxasında oturmaram” və ya “filankəsdən zəhləm gedir” kimi ideyalarla yaşamaqla ciddi problemləri həll etməkmi olar? Bir şeylə razılaşmaq lazımdır ki, “sıfıra vurulan hər rəqəm sıfıra bərabərdir” riyazi formulu müxalifəti “böyük-kiçik” xəstəliyindən qurtarmalı idi. Son on beş ildə Şərqi Avropa və keçmiş Sovet İttifaqında baş vermiş hadisələri öyrənib nəticə çıxarmağı bacarmayan müxalifəti birləşdirmək müşkül məsələdir. Başqa ölkələrdə ciddi məramları olan qüvvələr ümumi olan bir neçə ideyanın bazasında birləşir, Azərbaycanda isə hamının söylədiyi eyni ideyalar bazasında hətta yığışıb söhbət etmək mümkün olmur. Bu ya məramın olmadığına, ya da onun qeyri-ciddiliyinə dəlalət edir.
- Seçkilərdə beynəlxalq qurumların ciddi rol oynayacağını gözləyirsinizmi?
- Beynəlxalq təşkilatların rolu, hər halda, indiyə qədər keçirilən seçkilərdəki rollarından artıq olmayacaq. Açığı, bu seçkilərin keçirilməsində müxalifətin rolu ən minimum səviyyədə olacaq. Azərbaycanda müxalifətin hadisələrə təsir gücünə malik olmayan bir qüvvəyə çevrilməsi, seçkiləri demokratik keçirməyin bütün məsuliyyətini hakimiyyətin üzərinə qoyub. Qeyd etmək lazımdır ki, hakimiyyət üçün narahatlıq hissi olmadan demokratik seçkilər keçirib beynəlxalq imicini bərpa etmək üçün unikal şans yaranıb. Ola bilər, demokratik seçkilərlə əlaqədar hakimiyyətdə olan proqressiv qüvvələrlə köhnə metodlardan əl çəkə bilməyən mühafizəkarlar arasında mübarizə başlasın. Hakimiyyət komandasında kifayət qədər proqressiv düşüncəli adamlar var. Sadəcə, onlar prezidentin ətrafında toplaşaraq, mühafizəkarların hücumlarını Azərbaycanın gələcəyi naminə dəf etməlidirlər.
- Açıq Cəmiyyət Partiyası yarandığı bir il müddətində özünə yer tuta bilmədi. Bunun səbəbi nədir?
- Doğrusu, indiki məqamda ölkədə öz yerini tutan bir partiya görmürəm. Qaneedici bir şey yoxdur. Partiyanın perspektivinə və inkişaf edəcəyinə inanıram.
- Dəfələrlə aktiv siyasətə müdaxilə etmisiniz, amma bir müddət siyasi səhnədə gündəmdə qalsanız da, sonradan kölgəyə çəkilmisiniz. Bəzi şərhçilər isə Sizin dövrünüzün bitdiyini bildirir. Azərbaycanın siyasi səhnəsi ilə birdəfəlik vidalaşmaq fikriniz varmı? Yoxdursa, məqsədiniz nədir, nə üçün siyasətdəsiniz?
- Mən dəfələrlə söyləmişəm, bir daha təkrar edirəm - hakimiyyətə gəlmək mənim üçün məqsəd deyil. Məqsədim ölkəmi sivil ölkələrin arasında, xalqımı isə firavan yaşayan görməkdir. Bu məqsədlə yaşayan və iş görənlərin hamısına hörmətim var. Mən siyasətə gəlib, sonra fasilə verib, yenidən qayıtmağımı hiss etmirəm. Sadəcə, ölkədə gedən proseslərə fikrimi bildirirəm, çünki bu fikirlərlə maraqlananlar var. Bu isə siyasət deyil, kifayət qədər səviyyəsi olan bir vətəndaşın öz fikirlərini başqaları ilə bölüşdürməsidir. Əgər bu siyasət sayılırsa, onda heç vaxt siyasətdən uzaqlaşmayacağam. Nəzərinizə çatdırmaq istəyirəm ki, hər müsahibədən sonra kifayət qədər oxucu mənimlə müzakirə açır. Əgər sizin dediyiniz kimi siyasət bir səhnədirsə, biz də onun aktyorları, mənə qədər bir çoxu tamaşaçı olmayan zalın səhnəsində oynadıqlarına görə bu səhnəni tərk etməlidirlər. Ancaq bir daha söyləyirəm, sadaladıqlarınız siyasətlə məşğul olmaq demək deyil, tamamilə başqa bir səviyyədir. Yəni mənim hələ siyasətlə məşğul olmaq imkanım olmayıb ki, siyasətdən getməyim barədə də müzakirə açam.
- Son vaxtlar Quliyevlər ailəsində başlamış qarşıdurmaların səbəbi nədir?
- Uzun müddət bu barədə mətbuata danışmağa tərəddüd göstərdim. Əleyhimə böhtan yağdıranların 99 faizinə heç vaxt cavab vermirəm, onsuz da həqiqət öz yerini tutur. Ancaq “öz qohumlarına rəhbərlik etməyi bacarmayan gərək iddialarından əl çəkə” kimi sözləri eşidəndə, düşünürsən ki, dünyada rəhbərlik keyfiyyətlərinə görə diktatorlar arasında birinci onluğa daxil olan Stalinin öz övladlarının belə öhdəsindən gələ bilməməsini bu yazını yazanlar necə izah edərdi. Müsahibələrimdə heç vaxt qeyri-səmimi olmamışam və bu müsahibədən sonra əvvəlcədən bəzi qəzetlərin həvəslə barəmdə yalançı yazılarını gözlədiyimdən, bir qədər ətraflı cavab verəcəm ki, bundan sonra bir də bu məsələyə qayıtmayım. Qəzetdə yazılanları əsas götürsək, doğrusu mən ancaq bir cümlə ilə də cavab verə bilərəm - ağ yalandır, şantajdır, növbəti şər və böhtandır. Ancaq belə böhtanların mayasının mənim bəzi qohumlarım olduğunu nəzərə alaraq fikrimi bildirmək istəyirəm. Azərbaycanda qohumlar arasında dedi-qodunun olması adi haldır. Qohumun qohumdan donosçuluğu da yeni məsələ deyil. Təkcə 1929-1938-ci repressiya illərində minlərlə qohumlar tanınmış yaxın qohumlarına şər yaxıblar. İndi də ölkədə yüzlərlə qohumlar arasında problemlər var və onların adları qəzet səhifələrinə çıxarılmır. Bəzi qohumlar adımı hallandırmasa idi, heç vaxt qəzet səhifələrinə düşə bilməzdilər. Bəzən insanlar dövlət orqanlarından çox qəzetin yazdığına inanır. “Rəsul Quliyev monstrdır” yazmaqla satışı artırmaq olar, ancaq qəzetə inamı azaltmağın hesabına. Nəyə görə mənim barəmdə bu böhtanlara əl atırlar? İlk növbədə özlərinin hansısa problemini həll etmək üçün hökumətə mesaj göndərirlər: “Biz Rəsul Quliyevin əleyhinə istənilən şər deməyə hazırıq, muzdumuzu verin”. Bunu demək istəyirlər.
- Doğrudanmı Elbrus Quliyevin həbsində Sizin rolunuz olub? Bir sıra qohumlarınızın Sizə qarşı çıxması nə ilə bağlıdır?
- Bu uşaqların içərisində mənim azdan-çoxdan hörmət etdiyim adam Elbrus Quliyev olub və uşaqlarını da qabiliyyətli hesab edirəm. Bu adama bəlkə 50 dəfə “otur Londonda, heç yerə getmə” demişəm, onu Bakıya dönməyə məcbur edəndən soruşmaq lazımdır “oğul, nə məqsədə qardaşını ora göndərdin?” Minlərlə manyaklar var ki, cinayət başında yaxalanıb izoliyasiya etməyənə qədər adi insanlardan fərqləndirmək mümkün deyil. Bir insan ki, palaz-palaz yazdığı məktublarında, mənimlə danışanda dili tutulduğundan ancaq məktub vasitəsi ilə sədaqətdən, ömrü boyu qulluq etməyə hazır olduğundan, tək özü yox, bütün ailəsinin ömrü boyu mənə borclu olduğundan kifayət qədər “səmimi” şəkildə yazıb bundan sonra da xidmət etməyə imkan verməyimi xahiş edib və elə həmin il də hiss edən kimi daha bu qohumundan onlara xeyir gəlməyəcək, onun əleyhinə işləməkdə xeyrini axtarıbsa, ondan nə desən, gözləmək olar. Mənim kimə isə kömək, yaxşılıq etdiyini deyən adamlardan zəhləm gedir, ancaq bu dəfə bir qədər izah etməyə məcburam. Bu qohumlarımın əksəriyyəti Naxçıvan və ya Qazançı kəndindən mənim köməyimlə 1994-cü ildən sonra Bakıya köçüblər. İndi gündə bir qəzetə müsahibə verən İdris Quliyevə evi mən almışam, borcum idi. Çünki bacımın ailəsi idi. Azərbaycanda heç kimin qardaşı mənim qədər bacısının ailəsinə kömək etməyib, buna deyiblər “yaxşılıq edib evə salamat getməyəsən”. Özlərinin yazdıqları saysız-hesabsız yazılarında, başqaları ilə söhbətlərində bu dediklərimi yaxın keçmişdə fəxrlə təsdiqləyənlər indi mən nə edə bilərəm ki, 80 yaşına çatandan sonra oğlunun tapşırığı ilə belə hərəkətlər edir. 1993-1996-cı illərin nə qədər ağır olduğunu yəqin hamı xatırlayır, bir dəqiqə də boş vaxt yox idi, dövlətçiliyin bərpası uğrunda ağır iş gedirdi. Bu mübarizədə mən, hər halda, axrıncı skripkanın arxasında əyləşməmişdim. Ona görə ətrafımda hansısa birinin törətdiyi kiçik cinayət işləri ilə məşğul olmağa vaxt yox idi, zaman-zaman uzaqlaşdırmaqdan başqa. Mənim üçün “moşennik” və dələduzun bioloji qohum olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, münasibətim hamısına eynidir. Ancaq bilə-bilə ki, Qərb ölkələrində yalan danışmaqla bütün gələcək karyeranın üzərindən xətt çəkirsən, cavan oğlunu yalan danışmağa məcbur edəni normal adam hesab etmək olmaz. Bu adam anlamır ki, İngiltərə kimi bir ölkədə böhtan söyləmək, “biznes” adlandırıb saxta sənədlərlə mülkiyyət almaq və s. ciddi cinayət hesab edilir. Əgər tutdurmaq niyyətim olsa idi, elə onun özünü tutdurardım, başqasını yox. Ümumiyyətlə, həyatım boyu dövlət çevrilişi etmək istəyənlərdən başqa heç kimi həbs etdirmək niyyətində olmamışam və heç vaxt da olmayacağam. Mən təsəvvür edə bilmərəm ki, mənim uşaqlarım nə vaxtsa qohumdan söhbət getmir, opponentlərim barədə belə nalayiq söz deyə bilərlər. Əminəm ki, mənim bir çox müsahibələrimin səs yazılarına malik olan “əziz” qohumum indi əyləşib gecə-gündüz çalışır ki, ondan nə isə bir saxta şey montaj edib sonradan onun da “təqdimatını” keçirsin. Bu onun özündən asılı deyil, manyakal xəstəlikdir, sadəcə olaraq psixoanalitik dahi Freydi oxumaq lazımdır. Mənim qohumlarımla - onlar ancaq iki bacıoğludan ibarət deyil, həddən artıq çoxdur - heç bir problemim yoxdur, ola da bilməz. Mənə elə gəlir ki, problem onların öz daxillərindədir. Mülkiyyət, var-dövlət naminə kiminləsə vuruşmağım öz daxilimdə gülünc doğurur. Belə olsa idi, hər halda, indi Azərbaycanda ən varlılardan biri ola bilərdim. Ancaq namərdliklə başqalarının mülkiyyətinə sahib çıxmaq istəyənlərin hərəkətlərini də heç bir qohumluqdan asılı olmayaraq dəstəkləmərəm. Yüzlərlə yad adamlar həbsxanaya düşsə də, mənim əleyhimə yalan ifadələr vermədilər, indi nəyinsə naminə belə böhtanlar yağdırmaqdan utanmağın vaxtı çatıb.
- “Yeni Müsavat” qəzetində dərc olunmuş məktublar Sizə aiddirmi? Həmin məktublarda bir sıra müxalifətçilərə qarşı ironik münasibət var. Həmin şəxslərə bu şəkildə yanaşmağınıza səbəb nədir? Onları nə üçün ciddi siyasətçi hesab etmirsiniz?
- Bizim adamların çoxunun faciəsi qəzet oxumağa tənbəllik etməsindədir. Çünki son il yarımda müxalifət barədə onlarla müsahibələr vermişəm və liderləri, bütövlüklə müxalifəti, özüm də içərisində olmaqla orada yazılanlardan qat-qat ağır tənqid etmişəm. Orada adları çəkilənlərə mənim bir insan kimi münasibətim və müxalifətdə apardıqları siyasətə münasibətim tamamilə fərqlidir. Mənim Sabir Rüstəmxanlıya yaradıcı adam, intellektual kimi münasibətim kifayət qədər yüksəkdir. Ancaq siyasətinin ölkədə demokratiyanın bərqərar olması üçün heç bir rol oynamadığını da qeyd edə bilərəm. Böyük məmnuniyyətlə başqalarının yaxın keçmişdə yazdıqları analitik yazıları da oxumuşam və onların əsasında mövcud potensiallarından istifadə etmədiklərini də bildirməliyəm. Arif Hacılının yazıya münasibəti isə nöqtəyə düşübdür. İstənilən adamın adından istənilən boşboğaz yazı düzəldib göndərmək olar, məgər kağızı göndərənin kimliyinə diqqət yetirmək lazım deyildimi? Mən adları həmin yazıda hallandırılanların verdikləri cavablara görə hamısına təşəkkürümü bildirirəm ki, şantaja uymayıblar. Əlbəttə, həqiqət üzə çıxacaq, baxmayaraq mənim üçün hər şey aydındır. Ola bilər kiminsə kimdən xoşu gəlməsin, bu əsas vermir ki, şəxsi münasibətinə görə ara sözlərini qəzetə çıxardasan. Çox təəssüf edirəm ki, qəzetlərin səhifələrində şəxsiyyətin təhqir edilməsi ilə bağlı ifadələr bol-bol işlədilir. Dünyanın heç yerində özünü ciddi siyasi qəzet hesab edənlər buna yol verməzlər.

Daxili siyasət
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB