Bank Of Baku

Bu gün Moskvada Heydər Əliyevin 85 illik yubileyi münasibətilə təntənəli mərasim keçiriləcək

Bu gün Moskvada Heydər Əliyevin 85 illik yubileyi münasibətilə təntənəli mərasim keçiriləcək
# 14 may 2008 08:30 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə iştirak etmək üçün Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya yola düşüb. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, deputatlar Əli Əhmədov, Elmira Axundova, Mixail Zabelin və digər şəxslər daxildir. Tədbirin keçirmək üçün xüsusi təşkilat komitəsi yaradılıb. Tədbir Rusiya hökuməti, Moskva meriyası, Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və İTAR-TASS informasiya agentliyinin dəstəyi ilə keçirilir, maliyyə dəstəyi isə “Uralsib” maliyyə korporasiyası tərəfindən verilib. Yubiley mərasimi Moskva vaxtı ilə saat 19.00-da başlayacaq, təntənəli mərasimdən sonra Azərbaycan və Rusiya incəsənət xadimlərinin iştirakı ilə konsert keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR