Bank Of Baku

ADP prezident seçkiləri ilə əlaqədar öz ətrafında koalisiya yaradır

ADP prezident seçkiləri ilə əlaqədar öz ətrafında koalisiya yaradır
# 14 may 2008 09:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) prezident seçkiləri ilə əlaqədar olaraq öz ətrafında koalisiya yaradır. Partiyanın sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, bu məqsədlə artıq bir sıra partiya ilə danışıqlar aparılıb və seçkilərə start verilənə kimi nəticələr açıqlanacaq. Hələlik hansı partiyalarla danışıqlar aparıldığını və koalisiyanın şərtlərinin açıqlanmasını məqsədəuyğun saymayan S. Cəlaloğlu bunu yekun qərarın olmaması ilə əlaqələndirib: “Biz koalisiya yaratmaq işinə başlayandan partiyanın hakimiyyət komandası formalaşdırması ilə bağlı başlatdığımız işi dayandırdıq. İndiki fikrimiz belədir ki, Azərbaycanda koalision hökumət qurulmalıdır və bizim yaradacağımız koalisiyanın ümumi razılığı ilə belə bir addım atılacaq”. S. Cəlaloğlu koalisiyada ADP-nin prezidentliyə namizədini dəstəkləyən siyasi qüvvələrlə bərabər seçkilərə öz namizədi ilə qatılan partiyaların da təmsil olunmasının nəzərdə tutulduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR