Bank Of Baku

Yevgeniya Jivkova: “Azərbaycana səfərimizdə məqsəd demokratik institutların fəaliyyətinə dair əlavə faktlar toplamaqdır”

Yevgeniya Jivkova: “Azərbaycana səfərimizdə məqsəd demokratik institutların fəaliyyətinə dair əlavə faktlar toplamaqdır”
# 14 may 2008 09:09 (UTC +04:00)
Bu barədə APA-ya Bolqarıstandan olan həmməruzəçi Yevgeniya Jivkova məlumat verib. Onun sözlərinə görə, hesabatın böyük bir hissəsi hazırdır, lakin oraya bir sıra dəyişikliklər etmək zərurəti yaranıb. Bu səbəbdən həmməruzəçilər növbəti dəfə Azərbaycan prezidenti, parlamenti spikeri, ədliyyə naziri, milli təhlükəsizlik naziri, Mərkəzi Seçki Komissiyasının sədri, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşəcəklər. Yevgeniya Jivkova səfər zamanı həmməruzəçilərin Seçki Məcəlləsinə dəyişikliklər məsələsini müzakirə edəcəyini bildirib: “Hazırda bu məsələ ətrafında aktiv müzakirələr başlayıb. Biz Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı məsələni və seçkiqabağı ümumi situasiyanı hakimiyyət təmsilçiləri ilə daha geniş şəkildə müzakirə etməyə hazırlaşırıq”. Jivkova əlavə edib ki, səfərdən sonra hesabatın hazırlanması başa çatacaq və sənəd AŞ PA Monitorinq Komitəsinin Kiyevdə keçiriləcək toplantısında təqdim olunacaq. Hesabatın tam mətninin AŞ PA-nın iyul sessiyasında dərc olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR