Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir qrup əməkdaşına mükafatlar təqdim olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir qrup əməkdaşına mükafatlar təqdim olunub
# 14 may 2008 10:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkilatın 15 illiyi ilə əlaqədar mükafatların təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, AHİK sədri, millət vəkili Səttar Mehbalıyev prezident İlham Əliyevin sərəncamı ilə 4 nəfərin “Əməkdar mədəniyyət işçisi”, 20 nəfərin isə “Tərəqqi” medalı ilə təltif olunduğunu bildirib. O, ölkə başçısına konfederasiyasının inkişafına göstərdiyi diqqətə görə minnətdarlığını bildirib, təşkilatın bu il fevralın 5-də keçirilmiş qurultayında prezident seçkilərində İlham Əliyevin namizədliyinə dəstək verilməsi barədə qərar qəbul olunduğunu xatırladıb. S. Mehbalıyev İ. Əliyevin prezidentliyi dövründə insanların sosial rifahının artmasını, regionlarda gedən inkişafı xüsusi qeyd edib.
Tədbirin sonunda mükafatlar təqdim olunub, bir neçə nəfərə isə “Həmkarlar İttifaqının yubiley medalı” verilib. Yubiley medalı ilə təltif olunanlar arasında prezident İlham Əliyev də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR