Bank Of Baku

İlhamə Quliyeva: “Dünya Azərbaycanlıları Konqresində parçalanan tərəflər birləşməyə qərar veriblər”

İlhamə Quliyeva: “Dünya Azərbaycanlıları Konqresində parçalanan tərəflər birləşməyə qərar veriblər”
# 14 may 2008 11:03 (UTC +04:00)
APA-nın məlumatına görə, konqresdə yaranan narazılıqların əsl səbəblərini açıqlayan Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mədəniyyət Akademiyasının prezidenti İ. Quliyeva bildirib ki, DAK-da parçalanan tərəfləri birləşdirmək məqsədilə Qulamrza Səbri Təbrizi, Sabir Rüstəmxanlı, Cavad Derəxti və rəhbərlikdə təmsil olunan digər şəxslərlə danışıqlar aparıb. Danışıqların nəticəsi olaraq mayın 13-də parçalanan tərəflər müxtəlif vaxtlara təyin etdikləri qurultayları təxirə salıblar. İ. Quliyeva onun DAK-dakı fəaliyyətinə kölgə salmaq istəyən şəxsləri ikitirəlik yaratmaqda günahlandırıb: “Mən artist deyiləm. Artist sirkdə olur. Mənə artist deyən, əslində isə DAK-da heç bir fəaliyyəti olmayan Adil Minbaşı neçə illərdir bu təşkilatda fəaliyyət göstərənləri ləkələməyə çalışır. Mən DAK-da siyasi fəaliyyətlə məşğul oluram”. İ. Quliyeva Azərbaycan dövlətinin qurumda stabilliyin əldə edilməsində maraqlı olduğunu da qeyd edib. DAK üzvü Xəzər Emin isə deyib ki, qurumda parçalanan qruplar birləşmək haqda qərar verib. Hətta bununla bağlı saziş də imzalanacaq. Bundan sonra isə vahid qurultaya hazırlaşmaq üçün Təşkilat Komitəsi yaradılacaq. DAK rəhbərliyində olanların və qurumun fəallarının iştirakı ilə xarici ölkələrin birində görüş də təşkil ediləcək. O, DAK-da islahatların aparılacağını da söyləyib.
Sabir Rüstəmxanlı isə APA-ya deyib ki, qurultayın vaxtının dəyişdirilməsi və birlik cəhdləri nə İlhamə Quliyevanın, nə də digərlərinin təşəbbüsü ilə olub. Bu barədə İdarə Heyətinin mayın 12-də keçirilən toplantısında qərara alınıb: “Həmin toplantıda Cavd Derəxti də iştirak edib. Qurultay iyunun 7-8-də keçiriləcək. Mətbuat konfransında DAK adından danışanlar isə yalnız əldə olunan birlik razılığını poza bilərlər. DAK-ın sədri və İdarə Heyətinin üzvləri var. Qurum adından ancaq bunlar danışa bilərlər. Hər hansı sazişin imzalanması haqda deyilənlər isə həqiqətə uyğun deyil”.
İ. Quliyevanın dediklərinə A. Minbaşının münasibətini öyrənmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR