Bank Of Baku

Azərbaycan-Gürcüstan sərhəd xəttinin delimitasiyası üzrə ekspertlər səviyyəsində görüş keçiriləcək

Azərbaycan-Gürcüstan sərhəd xəttinin delimitasiyası üzrə ekspertlər səviyyəsində görüş keçiriləcək
# 14 may 2008 11:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Gələn həftə Tiflisdə Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının işçi qrupunun iclası keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycan tərəfdən işçi qrupuna Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin sədr müavini Azad Nağıyev rəhbərlik edəcək. Qrupa daxil olan ekspertlər Azərbaycan-Gürcüstan sərhədində olacaq, razılaşdırılmamış sahələr üzrə iş aparacaqlar və delimitasiya və demarkasiya üzrə dövlət komissiyalarının yaxın günlərdə Tiflisdə keçiriləcək iclasının gündəliyini hazırlayacaqlar.
Xatırladaq ki, ümumi uzunluğu 480 kilometr olan sərhəd xəttinin 65 faizi razılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR