Bank Of Baku

Arif Rəhimzadə: “Bu gün həqiqətən də müxalifətin imkanları məhdudlaşıb”

Arif Rəhimzadə: “Bu gün həqiqətən də müxalifətin imkanları məhdudlaşıb”
# 27 may 2008 10:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Azərbaycanda seçkiqabağı mühit çox normaldır və qeyri-qanuni hər hansı proses yoxdur”. APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komissiya sədri Arif Rəhimzadə bu sözləri prezident seçkiləri ərəfəsində müxalifətin siyasi fəaliyyət imkanlarının məhdudlaşdırılması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. Onun fikrincə, bu gün həqiqətən də müxalifətin imkanları məhdudlaşıb: “Amma bu, hakimiyyət tərəfindən edilmir. Onlar öz fəaliyyətləri, əməli işləri ilə bu səviyyəyə gəlib çıxıblar. Müxalifətin bazası əriyərək gedir və belə şəraitdə onların imkanları ola bilməz”. A. Rəhimzadənin sözlərinə görə, müxalifət hələ ki seçkilərlə bağlı ortaq məxrəcə gələ bilmir. O, seçkiqabağı təbliğatın müddətinin azaldılmasının da vacib olduğunu söyləyib: “Mən hesab edirəm ki, həqiqətən dörd ay böyük müddətdir. Bu kampaniyanı daha qısa müddət ərzində aparmaq olar. Bunu dörd ay uzatmağın nə mənası var, başa düşmürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR