Bank Of Baku

BMT-nin Azərbaycandakı nümayəndəliyində məktəblilər üçün məlumat sessiyası keçirib

BMT-nin Azərbaycandakı nümayəndəliyində məktəblilər üçün məlumat sessiyası keçirib
# 27 may 2008 10:59 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. BMT-nin Azərbaycandakı nümayəndəliyi “Nur” uşaq və gənclər ictimai birliyi ilə birgə məktəblilər üçün məlumat sessiyası keçirib. APA-nın məlumatına görə, 20-dən artıq məktəbli BMT-nın Azərbaycan nümayəndəliyinin ofisini gəzərək BMT-nin bir sıra agentlikləri ilə tanış olub, Ümumdünya Ərzaq Proqramının Azərbaycan üzrə nümayəndəsi Linn Miller, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri və BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Bruno Pueza ilə görüşərək BMT barədə ətraflı məlumat alıblar. “Nur” uşaq və gənclər ictimai birliyinin sədri Sevinc Məsimova APA-ya bildirib ki, uşaqlar öz hüquqlarının ən yaxşı təbliğatçılarıdır və BMT barədə daha geniş məlumata malik olmaqla onlar istər Azərbaycanda, istər də beynəlxalq arenada həmyaşıdları arasında uşaq hüquqları barədə onlara dolğun məlumat verə bilərlər. Tədbirdə Kosovoda qulluq etmiş Azərbaycan sülhməramlıları tağımının kapitanı Əmirbəy Baxşəliyev mayın 29-da qeyd olunacaq BMT Beynəlxalq Sülhməramlıları Günü münasibətilə iştirakçılara sülhməramlılarımızın fəaliyyəti barədə məlumat verib. Tədbirin sonunda Kosovodakı Azərbaycan sülhməramlılarına həsr olunmuş film nümayiş etdirilib, BMT baş katibi Ban Gi Munun əlamətdar günə həsr olunmuş müraciəti oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR