Bank Of Baku

İsveçin Azərbaycandakı səfiri: “Boykot müxalifətin tam marginallaşmasına səbəb ola bilər”

İsveçin Azərbaycandakı səfiri: “Boykot müxalifətin tam marginallaşmasına səbəb ola bilər”
# 27 may 2008 11:31 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Müxalifətin seçkiyə qatılmaq istəməməsinin səbəblərini başa düşmək olar, amma seçkinin boykot edilməsi çox mənfi haldır”. Bu sözləri APA-ya açıqlamasında İsveçin Azərbaycandakı səfiri Hans Qunnar Aden deyib. O bildirib ki, bütün siyasi qüvvələrin seçkilər kimi vacib bir prosesdə iştirakı zəruridir: “Seçkilərin boykot edilməsi həmin siyasi qüvvələrə çox pis təsir göstərə bilər. Seçkilər demokratik qaydada təşkil edilməlidir. Hamı iştirak etməsə, bunu necə etmək olar?” Diplomatın fikrincə, boykot həmin siyasi qüvvələrin tam marginallaşmasına gətirib çıxara bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR