Bank Of Baku

İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib

İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib
# 27 may 2008 11:50 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans və sərgi təşkil olunub. APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan muzeyin elmi işçisi Aida Axundova İstiqlal Muzeyinin 1919-cu ildə təsis edildiyini bildirib: “Azərbaycan Parlamentinin ildönümü münasibəti ilə yaranan bu muzey cümhuriyyətin süqutu ilə bağlanıb. Cümhuriyyətin dövlət xadimlərinin evlərindən və şəxsi kolleksiyalarından gətirilən eksponatlar, o cümlədən milli bayrağımız Moskvaya, İnqilab Muzeyinə aparılıb. Azərbaycanın İstiqlal Muzeyi müstəqilliyimizin bərpasından sonra, 1991-ci ildə təkrar yaradılıb”. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, professor Anar İsgəndərov, tarixçi-alim Kamran Qədimov və başqaları çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, ordu quruculuğundan, parlamentinin yaradılmasından söz açıblar. Tədbirdə cümhuriyyətin dövlət xadimlərinin ailə üzvləri, Milli Aviasiya Akademiyası, Ali Hərbi Təyyarəçilik Məktəbi, Polis Akademiyasının müdavimləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR