Bank Of Baku

Ümid Partiyası Milli Məclisə təqdim olunmuş Seçki Məcəlləsini geriyə addım hesab edir

Ümid Partiyası Milli Məclisə təqdim olunmuş Seçki Məcəlləsini geriyə addım hesab edir
# 27 may 2008 12:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ümid Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, partiyanın İcra Aparatının rəhbəri Nəsimi Məmmədli bildirib ki, Milli Məclisin təqdim olunan seçki qanunu geriyə atılan addımdır. O bu qanunla seçki keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə imicinə mənfi təsir edəcəyini deyib. Partiyanın Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndəsi Akif Qurbanlı isə bildirib ki, MM-də müzakirəyə çıxarılacaq Seçki Məcəlləsinin vacib əhəmiyyət kəsb edən müddəalarına dəyişiklik edilməyib: “Dövlət televiziyasında təbliğat kampaniyası aparılmasına qadağa qoyulması da şəxsin namizəd kimi hüquqlarını məhdudlaşdırır”. ADP sədrinin müavini Taliyət Əliyev isə bu məsələdə beynəlxalq təşkilatları ittiham edib. O deyib ki, Avropa Şurası Venesiya Komissiyası, ATƏT və digər beynəlxalq təşkilatlar Seçki Məcəlləsindəki anti-demokratik dəyişikliklərə münasibət bildirmir. “Sonra da deyəcəklər ki, Seçki Məcəlləsinin bu şəkildə qəbul olunmasından təəssüflənirlər. Ümumiyyətlə, Venesiya Komissiyasının bu məsələdə gördüyü işin qiyməti sıfırdan da aşağıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR