Bank Of Baku

“Azadlıq” bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə tədbir keçirib

“Azadlıq” bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə tədbir keçirib
# 27 may 2008 12:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Azadlıq” bloku Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illiyinə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, AXCP sədri Əli Kərimli bildirib ki, sovet rejiminin 70 il fəaliyyət göstərən təbliğat “maşını” Azərbaycan cəmiyyətində müstəqilliyə olan istəyi unutdura bilməyib. Şərqdə ilk demokratik respublikanın yaradıcıları haqda danışan Ə. Kərimli AXC-nin yaradılmasının milli məfkurənin inkişafına təkan verdiyini deyib. Professor Cəmil Həsənli 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı günü millətin kimliyinə tapınmaq məqamı adlandırıb. Müasir Azərbaycan ideologiyasının formalaşmasından söz açan C. Həsənli deyib ki, yeni Azərbaycan ideyasının qurucusu və ilk təbliğatçısı Həsən bəy Zərdabi olub: “Gənc ikən onun ətrafına toplaşan intellektli insanlar Azərbaycanı İslam hümmətçiliyindən türk millətçiliyinə aparıblar. Bundan isə müstəqil Azərbaycan yarandı. Cümhuriyyətin daha bir önəmi də odur ki, Rusiya tərəfindən xanlıqlar şəklində işğal edilən Azərbaycan 100 ildən sonra vahid dövlət olaraq meydana çıxdı, həmin dövrdə nümunə göstəriləcək parlament qura bildi”. C. Həsənli AXC liderlərinə heykəl qoyulmasının zəruriliyini də qeyd edib. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov da şərqdə ilk demokratik respublika olan AXC-nin yaradılmasının əhəmiyyətindən, onun Azərbaycan xalqı üçün önəmindən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR