Bank Of Baku

İsveç Cənubi Qafqazı Avropa Birliyinə yaxınlaşdırmaq istəyir

İsveç Cənubi Qafqazı Avropa Birliyinə yaxınlaşdırmaq istəyir
# 27 may 2008 12:39 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “İsveç Cənubi Qafqaz və Şərqi Avropa regionları ilə əlaqələrin inkişafında çox maraqlıdır və Avropa Birliyinin bu bölgələrlə tərəfdaşlığının genişləndirilməsini istəyir”. Bunu APA-ya açıqlamasında İsveçin Azərbaycandakı səfiri Hans Qunnar Aden deyib. Avropa Birliyinin GUAM ölkələri, Ermənistan və Belarusun iştirakı ilə “Şərq tərəfdaşlığı” adlı təşkilat yaratmasına dair ölkəsinin irəli sürdüyü təşəbbüsü şərh edən diplomat bildirib ki, bu təşəbbüsdə məqsəd regionların inteqrasiyasına nail olmaq və müxtəlif səviyyələrdə mübadilələr həyata keçirməkdir: “Regionların yaxınlaşması çox vacibdir. Qarşılıqlı səfərləri, ticarət əlaqələrini, təhsil sahəsində mübadilələri gücləndirmək lazımdır”. Səfirin sözlərinə görə, bu təşəbbüsü AB-yə üzvlük üçün zəmin kimi qiymətləndirmək lazım deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR