Bank Of Baku

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair Böyük Britaniya arxivlərində saxlanan materiallar ilk dəfə çap olunub

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair Böyük Britaniya arxivlərində saxlanan materiallar ilk dəfə çap olunub
# 27 may 2008 12:42 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən, Böyük Britaniyanın arxivlərində saxlanan materiallar ilk dəfə olaraq Azərbaycan, rus və ingilis dillərində çap edilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov məlumat verib. O bildirib ki, nəşrdə arxiv sənədlərinin surəti olduğu kimi çap olunub: “50 çap vərəqində olan arxiv sənədləri Nigar Maksvelin rəhbərliyi ilə institutun Cümhuriyyət tarixi şöbəsində tədqiq edilib. Sənədlərdə cümhuriyyətin gördüyü işlər və qəbul etdiyi qərarlarla bağlı məlumatlar verilir. Biz oxuculara bu sənədlərin ilkin variantı ilə yanaşı, tərcümələrini də təqdim etmişik”. Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyəti” adlı nəşrin yaxın günlərdə geniş təqdimatının keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR