Bank Of Baku

Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət nazirini qəbul edib

Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət nazirini qəbul edib
# 27 may 2008 12:51 (UTC +04:00)
Bakı. Vüqar Məsimoğlu - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri xanım Şeyxə Lubnə bint Xalidlə görüşüb. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Siyasi səviyyədə qarşılıqlı anlaşmanı, beynəlxalq təşkilatlar daxilində əməkdaşlığı yüksək qiymətləndirən tərəflər, hökumət nümayəndələrinin səfərləri zamanı iş adamlarının da dəvət olunması və qarşılıqlı işgüzar tərəfdaşlığın qurulmasını zəruri sayıblar. Azərbaycanın regional enerji layihələrinin və nəqliyyat dəhlizlərinin mərkəzində olduğunu bildirən nazir Elmar Məmmədyarov Avropaya doğru Bakı-Tiflis-Qars dəmir yolu ilə yanaşı, Şimal-Cənub nəqliyyat infrastrukturunun inkişaf etdirildiyini diqqətə çatdırıb. Nazir həmçinin Orta Asiya ölkələri ilə azad ticarət zonalarının yaradılması və Asiya bazarlarına çıxışda ölkəmizin maraqlı olduğunu qeyd edib. Daha sonra tərəflər qeyri-neft sektorunda, xüsusilə turizm sahəsində əməkdaşlıq, diplomatik və xidməti pasport sahibləri üçün viza sadələşdirməsi, ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş layihəsinin imzalanması, BƏƏ-nin ölkəmizdə səfirliyinin açılması, qarşılıqlı şəkildə sərmayə qoyuluşu imkanlarını nəzərdən keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR