Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyası 2008-ci il üçün seçici siyahısını təsdiqləyib

Azərbaycan Mərkəzi Seçki Komissiyası 2008-ci il üçün seçici siyahısını təsdiqləyib
# 27 may 2008 13:51 (UTC +04:00)
O, siyahının dəqiq hazırlandığını vurğulayıb. MSK-nın nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Ramin Hüseynov isə bildirib ki, son dəqiqləşməyə görə hazırda Azərbaycanda 4 834 584 seçici var. Onlardan 2 320 697-si (48,00%) kişi, 2 513 887-si (52,00%) isə qadındır. Seçicilərin 55 482 nəfəri (1,15%) bu il 18 yaşına çatmış şəxsdir. Ölkədə 19-35 yaş arası 1 864 121 (38,56%), 36-55 yaş arası 2 020 925 (41,80%), 56 yaşdan yuxarı isə 894 056 (18,49) seçici var. MSK üzvü Akif Qurbanov isə seçici siyahılarının dəqiqləşdirilməsinin düzgün həyata keçirilmədiyini, şişirdilmiş rəqəmlərdən istifadə olunduğunu bildirib. O, dairələr üzrə seçicilərin sayını hesabladığını, lakin onların sayının elan olunmuş rəqəmdən az olduğunu qeyd edib. MSK üzvü təxminən 150 min seçicinin süni şəkildə artırıldığını bildirib və bunu izahını istəyib. A. Qurbanov MSK üzvlərini siyahının təsdiq olunmasının əleyhinə səs verməyə çağırıb. Buna baxmayaraq, MSK üzvləri siyahının lehinə səs veriblər. M. Pənahov qısa müddətdə siyahının MSK-nın saytında yerləşdiriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR